Bankçılıq
55

Sabah Bakıda Maliyyə və Texnologiyalar Sammiti işə başlayır

Sabah Bakıda Maliyyə və Texnologiyalar Sammiti işə başlayır

Sabahdan başlayaraq 2 gün ərzində Bakıda Maliyyə və Texnologiyalar Sammiti (“Fintex Sammit”) keçiriləcək.

“Renkinq” xəbər verir ki, tədbir mayın 13-dən başlamış və mayın 17-də başa çatacaq “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində baş tutacaq.

Rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı bu sammitdə Avropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, “VİSA Inc.”, “MasterCard Worldwide”, “American Express”, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, ABŞ, Yaponiya, Çin, Avropa İttifaqı və Müstəqil Dövlətlər Birliyi ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatlarının nümayəndələri iştirak edəcək.

Bölmədən olan bütün xəbərlər