Bankçılıq
316

“AtaBank”ın plastik kart müştərilərinə şad xəbər

“AtaBank”ın plastik kart müştərilərinə şad xəbər

Hər zaman müştərilərinin rahatlığını düşünən “AtaBank” ASC daha bir yeniliyini təqdim edib. Artıq “AtaBank”ın müştəriləri vəsaitlərini plastik kartlarına istənilən MilliÖn terminalı vasitəsi ilə mədaxil edə bilərlər. Vəsait günün istənilən vaxtı aparıla bilər və əməliyyat aparıldıqdan dərhal sonra hesaba oturur.

Qeyd etmək istərdik ki, “AtaBank”“Visa İnternational” və “MasterCard” beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edir.Müştərilər müvafiq ilkin mədaxil etməklə “AtaBank” kartlarını pulsuz əldə edə bilərlər. 

Bundan əlavə kart hesabına nəzarət  edə bilmək  və bank tərəfindən təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilmək üçün bankın “AtaNet” İnternet və ya Mobil Bank əlavəsinə pulsuz qoşulmaq mümkündür.

Bankın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Bölmədən olan bütün xəbərlər