Bankçılıq
306
Palata: Azərbaycanda dollar kreditləri üzrə kompensasiya düşən vətəndaşların 84%-i pulunu alıb

Bakı / 14.05.2019 / Renkinq:
Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq, vaxtilə ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya almalı olan vətəndaşların 84%-nə ödəniş edilib.
"Renkinq" bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Məlumata görə, ümumilikdə 602 min nəfərə kompensasiya ödənilməlidir. Bunlardan isə 506 min nəfəri ödənişin həyata keçirildiyi son 3 həftə ərzində pulunu alıb. Belə ki, kompensasiya 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəldilib, 263 min nəfərə isə nağd və yaxud plastik kart formasında təqdim olunub.