Qeyri-bankçılıq
49

“Viator Mikrokredit Azərbaycan” BOKT ötən ili mənfəətlə başa vurub

“Viator Mikrokredit Azərbaycan” BOKT ötən ili mənfəətlə başa vurub

“Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 532 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 1,333 milyon manat xalis zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, ötən il “Viator Mikrokredit Azərbaycan”ın gəlirləri 1,466 milyon manat, o cümlədən faiz gəlirləri 1,44 milyon manat, qeyri-faiz gəlirləri 26 min manat, xərcləri 1,517 milyon manat, o cümlədən faiz xərcləri 20 min manat, qeyri-faiz xərcləri 1,497 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 711 min manat, mənfəət vergisi ödəmələri isə 129 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Viator Mikrokredit Azərbaycan”ın aktivləri 4,879 milyon manat olub ki, bu da illik müqayisədə 6,9% azdır. Bunun 4,05 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 8% kiçilib.

Hesabat dövründə “Viator Mikrokredit Azərbaycan”ın öhdəlikləri 12,9% azalaraq 3,976 milyon manata düşüb, balans kapitalı isə 33,6% artaraq 903 min manata çatıb.

Bölmədən olan bütün xəbərlər