İnvestisiya
66

"İnvest-AZ İnvestisiya Şirkəti"nin xalis mənfəəti 92% artıb

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 2018-ci ili 654 min manat xalis mənfəətlə başa vurub.

"Renkinq" kommersiya qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 91,8% çoxdur.

Ötən il "İnvest-AZ"ın likvidliyin təminatı xidmətləri üzrə komissiya gəlirləri 3,406 milyon manat, broker və digər xidmətlərdən komissiya gəlirləri 462 min manat, dividend gəlirləri 22 min manat, tədris xidmətləri üzrə gəlirləri 19 min manat, məzənnə fərqindən gəlirləri 3 min manat, haqq və komissiya xərcləri 989 min manat, xarici valyuta ilə dilinq əməliyyatlarından zərəri 678 min manat, inzibati və digər əməliyyat xərcləri 1,35 milyon manat, faiz xərcləri 46 min manat, mənfəət vergisi ödəmələri isə 194 min manat təşkil edib.

Bu il yanvarın 1-nə "İnvest-AZ"ın aktivləri 11,503 milyon manat olub ki, bu da illik müqayisədə 66,95% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 61,7% artaraq 9,248 milyon manata, balans kapitalı isə 92,6% artaraq 2,255 milyon manat, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 1,6 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər