Digər
371

“Taxify” rebrendinq edib

“Taxify” rebrendinq edib

 Estoniyanın Azərbaycanda da fəaliyyət göstərən məşhur taksi şirkəti “Taxify” adını “Bolt”a dəyişib. 

“Renkinq” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. 

Məlumata görə, dünyanın 30-dan çox ölkəsini əhatə edən bu şirkət müştərilərinə həm də skuter və motosikletlə xidmət göstərir. 

“Bunları əks etdirmək üçün yeni ada ehtiyacımız vardı. “Bolt” ingilis dilində ildırım mənasını verir. Bu o deməkdir ki, ehtiyacınız olan yerə - münasib qiymətə, sürətli və rahat çatacaqsınız”, - deyə məlumatda qeyd olunub. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər