Qeyri-bankçılıq
337

"Azmikroinvest" BOKT-un xalis mənfəəti 43% azalıb

“Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 45 min manat xalis mənfəətlə başa vurub.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən təxminən 43% azdır.

Ötən il “Azmikroinvest”in gəlirləri 247 min manat, o cümlədən faiz gəlirləri 207 min manat, qeyri-faiz gəlirləri 40 min manat, xərcləri 190 min manat, o cümlədən faiz xərcləri 13 min manat, qeyri-faiz xərcləri 177 min manat, mənfəət vergisi ödəmələri isə 11 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Azmikroinvest”in aktivləri 1,730 milyon manat olub ki, bu da illik müqayisədə 4% azdır. Bunun 1,566 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 5,6% böyüyüb.

Hesabat dövründə “Azmikroinvest”in öhdəlikləri 29,4% azalaraq 573 min manata düşüb, balans kapitalı isə 17% artaraq 1,157 milyon manata, o cümlədən nizamnamə kapitalı 10% artaraq 1,1 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər