Digər
294

Maliyyə Bazarlarına Nəzarət Palatasına ötən il 12 minə yaxın müraciət daxil olub

Maliyyə Bazarlarına Nəzarət Palatasına ötən il 12 minə yaxın müraciət daxil olub

2018-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatasına istehlakçıların və investorların 11 915 müraciəti daxil olub.

“Renkinq” bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabata istinadən xəbər verir.

Sənədə əsasən, müraciətlərin 9 374-ü bank, 2 160-ı sığorta, 381-i isə qiymətli kağızlar sektoru ilə bağlı olub.

Palata şikayətləri araşdırdıqdan sonra nəzarət subyektlərinə 613 icrası məcburi olan göstəriş verib. Bunun 314-ü kapital bazarları, 287-si sığorta sektoru, 12-si isə bank sektoru ilə bağlı olub. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər