Digər
270

Türkiyədə inflyasiya göstəriciləri açıqlanıb

Türkiyədə inflyasiya göstəriciləri açıqlanıb

Bu ilin fevral ayında Türkiyədə qiymətlər yanvar ayı ilə müqayisədə 0,16%, ötən ilin fevral ayına nisbətən isə 19,67% artıb. 

“Renkinq” xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb. 

Bundan başqa, qurum bəyan edib ki, ilin əvvəli ilə müqayisədə ölkədə inflyasiya 1,23%, ötən il fevralın 1-nə nisbətən isə 17,93% təşkil edib. 

Ötən ay Türkiyədə təhsil haqları orta hesabla 1,64% artıb, qida məhsulları və spirtli içkilər 0,9%, restoran və otel xidmətləri 0,87%, nəqliyyat xidmətləri isə 0,71% bahalaşıb.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər