Digər
214

Avronun tətbiqindən ən çox qazanan və itirən ölkələr açıqlanıb

Avronun tətbiqindən ən çox qazanan və itirən ölkələr açıqlanıb

1999-cu ildən bəri avronu vahid valyuta kimi qəbul etmiş 19 ölkə arasında bu seçimdən ən çox qazanan Almaniya olub.

“Renkinq” “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, bunu Freiburq şəhərində yerləşən Avropa Siyasət Mərkəzi (CEP) təşkilatının apardığı araşdırmalar ortaya çıxarıb.

Belə ki, 2017-ci ilə qədər Almaniya 1,893 trilyon avro və yaxud yaxud adambaşına 23 116 avro gəlir əldə edib.

Avrodan ən çox xeyir götürən ölkələrin reytinqində 2-ci yer tutan Niderland 18 il ərzində 346 milyard avro və yaxud adambaşına  21 003 avro, 3-cü yeri turan Yunanıstan isə 2 milyard avro və yaxud adambaşına 190 avro qazanıb.

Avropada vahid valyutanın tətbiqindən ən çox zərər itirən ölkələr isə İtaliya (4,325 trilyon avro və yaxud adambaşına 73 605 avro), Fransa (3.591 trilyon avro v yaxud adambaşına 55 996 avro), Portuqaliya (424 milyard avro və yaxud adambaşına 40 604 avro) olub.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər