Digər
959

Azərbaycanda nazir müavini vəzifəsinə təyinat olub

Azərbaycanda nazir müavini vəzifəsinə təyinat olub

Prezident İlham Əliyevin sərəncamı ilə Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunub.

“Renkinq” xəbər verir ki, A.Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub.1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib, 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb.

O, həmin ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici  İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsindəattaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycanın İsveçrədəki səfirliyində 3-cü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (Səudiyyə Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib.

A.Kərimov Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan-İtaliya Ticarət Palatasının vitse-prezidenti olub, BDU-da hüquq fakultəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib, hazırkı vəzifəsinə qədər isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

O, ingilis, fransız və rus dillərini bilir, evlidir, 3 övladı var.

Bölmədən olan bütün xəbərlər