Qeyri-bankçılıq
411

Azərbaycanda lisenziyası ləğv edilmiş kredit ittifaqının sədri həbs olunub

Azərbaycanda lisenziyası ləğv edilmiş kredit ittifaqının sədri həbs olunub

Maliyyə Bazarlarına Nəzarət Palatasının ötən il lisenziyasını ləğv etdiyi "Şahsevən Kredit İttifaqı" MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

"Renkinq" bu barədə Baş Prokurorluğa istinadən xəbər verir. 

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində ittifaqın İdarə Heyətinin sədri Fayəddin Fərmanovun rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə özü və yaxud 3-cü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşların razılığı olmadan onların adına kredit rəsmiləşdirməklə SKMF tərəfindən büdcə vəsaitləri hesabına ayrılaraq ona etibar edilmiş güzəştli kredit resursundan təyinatı üzrə istifadə etməyərək Fondun 200 min pulunu mənimsəməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb və F.Fərmanova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda F.Fərmanovun digər cinayət əməlləri törədib-törətməməsi, eləcə də cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbiləri davam etdirilir. 

Bölmədən olan bütün xəbərlər