Digər
289

Rusiyadan kapital axını 47% artıb

Rusiyadan kapital axını 47% artıb

Bu ilin yanvar ayında Rusiyadan kapital axını 10,4 milyard ABŞ dolları təşkil edib. 

"Renkinq" bu barədə Rusiya Bankına (Mərkəzi Bank) istinadən xəbər verir. 

Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 3,3 milyard dollar və yaxud 46,6% çoxdur. 

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Bankı 2019-cu ildə ölkənin kapital axınına dair proqnozuna düzəliş edib. Qurum bu rəqəmi 25 milyard dollardan 20 milyard dollara endirib. 

Bölmədən olan bütün xəbərlər