Digər
295

“Western Union” ötən il 852 milyon dollar mənfəət əldə edib

“Western Union” ötən il 852 milyon dollar mənfəət əldə edib

ABŞ-ın pul köçürmələri sistemi – “Western Union” 2018-ci ili 851,9 milyon dolar mənfəətlə başa vurub. Halbuki, şirkət 2017-ci ildən 557,1 milyon dollar zərərlə çıxmışdı.

“Renkinq” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Əgər 2017-ci ilin yekununda “Western Union”un hər səhminə 1,19 dollar zərər düşmüşdüsə, 2018-ci ilin yekununda hər səhmə 1,87 dollar mənfəət düşüb. 2019-cu ilin yekununda isə şirkət hər səhm üzrə mənfəətinin 1,83-1,95 dollar arasında dəyişəcəyini proqnozlaşdırır.

Bölmədən olan bütün xəbərlər