Digər
851

Belarus prezidenti Rusiya ilə hesablaşmalarda rubldan istifadənin əleyhinə çıxıb

Belarus prezidenti Rusiya ilə hesablaşmalarda rubldan istifadənin əleyhinə çıxıb

"Rusiya və Belarus ittifaq çərçivəsində hesablaşmalarda vahid valyutadan istifadə edə bilər, amma bu, rubl olmayacaq". 

“Renkinq” Belarus mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko bildirib.

“Vahid valyutaya qarşı deyilik, amma bu, Rusiya Bankının (Mərkəzi Bank) əskinasları yox, məhz müştərək, yəni eyni şərtlərlə yaradılan valyuta olmalıdır. Avropa İttifaqını (avro) deyirsinizsə, olsun, vahid valyuta bu prinsiplər əsasında yaradıla bilər. Əsas odur ki, şərtlər və yanaşma eyni olsun", - deyə dövlət başçısı qeyd edib. 

O, iki ölkə arasında qarşılıqlı surətdə vergi və gömrük siyasətini əlaqələndirməyə də hazır olduqlarını diqqətə çatdırıb.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər