Qeyri-bankçılıq
611

"Para" BOKT işçi axtarır

"Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) "Şamaxı filialına menecer" vəzifəsinə işçi qəbulu elan edib.

"Renkinq" xəbər verir ki, namizədlər ali təhsilli olmalı, ofis proqramlarında işləməyi bacarmalıdırlar. Bu sahədə azı 2 il iş təcrübəsi də tələb olunur.

Vəzifə öhdəlikləri filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək, filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün  baş ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək, filiallar tərəfindən təqdim olunmuş  hesabatları təhlil etmək və yekunlaşdırmaq, hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan  irəli gələn müvafiq  tədbirlərin yerinə yetirilməsini təmin etmək, filialların müstəqil sənəd işləmə  limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil   prosesini həyata keçirmək, öz səlahiyyətləri daxilində  kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək, filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçməkdir.

Arzu edənlər CV-lərini yanvarın 23-nə qədər vakansiya@parabank.az elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerinə vəzifənin adı qeyd olunmalıdır.

Bölmədən olan bütün xəbərlər