Qeyri-bankçılıq
837

"Merkuri" BOKT işçi axtarır

"Merkuri" MMC bank olmayan kredit təşkilatı (BOKT) kredit mütəxəssisi vəzifəsinə işə qəbul elan edib.

"Renkinq" xəbər verir ki, namizədlər 22-35 yaşında, ali təhsilli, səlis nitq qabiliyyətli olmalı, insanlarla ünsiyyət qurmağı və ofis proqramlarında işləməyi bacarmalı, Azərbaycan dilini əla səviyyədə bilməlidirlər.

Vəzifə öhdəlikləri kredit məhsullarının satışlarını həyata keçirmək üçün təbliğat-təşviqat işləri aparmaq, kredit məhsulları barədə müştərini məlumatlandırmaq, müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək, geri ödənişlərin normal axınını təmin etmək, kredit və girovların monitorinqinin həyata keçirməkdir.

İş yeri BOKT-u Bakıdakı filialındadır. İş vaxtı həftənin bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-a qədər, şənbə günləri isə saat 10:00-dan 15:00-a qədərdir.

Arzu edənlər martın 2-nə qədər müraciət blankını http://merkuri.az/aze/index.php/en/haqq-m-zda linkindən doldura və yaxud da hazır CV-lərini hr@merkuri.az e-poçt ünvanına göndərə bilərlər.

Bölmədən olan bütün xəbərlər