Digər
611

Azərbaycan Mərkəzi Bankı 500 avroluq əskinaslarla bağlı açıqlama yayıb

Azərbaycan Mərkəzi Bankı 500 avroluq əskinaslarla bağlı açıqlama yayıb

Avropa Mərkəzi Bankı 4 may 2016-cı il tarixində 500 avro nominallı əskinasın istehsalının dayandırılması, 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib.

“Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir.

Qurum həmçinin bəyan edib ki, Avropa Mərkəzi Bankının 23 noyabr 2018-ci il tarixli pres-relizinə əsasən  Almaniya (Bundesbank) və Avstriya Mərkəzi Bankları 26 aprel 2019-cu il tarixindən (həmin gün daxil olmaqla), avrozonaya daxil olan bütün digər mərkəzi banklar isə 26 yanvar 2019-cu il tarixindən (həmin gün daxil olmaqla) etibarən 500 avroluq pul nişanının təkrar tədavülə buraxılmasının dayandıracaqlarını bildiriblər. Buna baxmayaraq, həmin tarixlərdən sonra 500 avroluq pul nişanının tədavüldə qanuni pul vahidi  kimi qalması, ödəniş və yığım vasitəsi kimi ondan istifadə edilməsi qərara alınıb. 

Eyni zamanda, 500 avroluq pul nişanının bütün kommersiya strukturularının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əskinaslar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq avrosistemə daxil olan  mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub.

Bölmədən olan bütün xəbərlər