Digər
548

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” mənfəətini 5 dəfə artırıb

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” mənfəətini 5 dəfə artırıb

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2017-ci ili 30,52 milyon manat mənfəətlə başa vurub.

“Renkinq” Korporasiyanın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 4,8 dəfə çoxdur.

Ötən il “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın satışdan gəlirləri 228,86 milyon manat, satışının maya dəyəri 148,367 milyon manat, ümumi və inzibati xərcləri 23,154 milyon manat, kapital qoyuluşu üzrə zərəri 3,456 milyon manat, digər xərcləri 10,562 milyon manat, maliyyə xərcləri isə 12,801 milyon manat təşkil edib. Korporasiya mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın aktivləri 1 372,775 milyon manat olub ki, bu da illik müqayisədə 12,1% çoxdur. 2017-ci ildə Korporasiyanın öhdəlikləri 14% artaraq 971,236 milyon manata, balans kapitalı isə 7,9% artaraq 401,539 milyon manata çatıb. 

Bölmədən olan bütün xəbərlər