Digər
385

Türkiyədə dolların məzənnəsi 4 aylıq minimuma düşüb

Türkiyədə dolların məzənnəsi 4 aylıq minimuma düşüb

Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi 5,18 lirəyə düşüb. 

"Renkinq" türk mətbuatına istinadən xəbər verir ki, qonşu ölkədə Amerika valyutası sonuncu dəfə bu qiymətə 4 ay bundan əvvəl olub. 

Türkiyədə dolların ucuzlaşması onun bütün dünyada dəyər itirməsi ilə bağlıdır. 

Xatırladaq ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauel (Jerome Powell) açıqlamasında ölkədə uçot dərəcəsinin neytral həddə yaxın olduğunu bildirib. Bu isə FED-in gələn il faiz artımına getməyəcəyi barədə fikir formalaşdırıb və dolları ucuzlaşdırıb. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər