Digər
487

Azərbaycanda elektron pulun emissiyası üzrə ilkin şərtlər açıqlanıb

Azərbaycanda elektron pulun emissiyası üzrə ilkin şərtlər açıqlanıb

Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda elektron pulla bağlı geniş tənzimləmə öz əksini tapacaq.

"Renkinq" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin üzvü, hüquq və icra departamentinin direktoru Əfqan Baxışov Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda bildirib.

"Ən mühüm yeniliklərdən biri də odur ki, elektron pulla bağlı məsələlər Azərbaycan qanunvericiliyi ilə az-çox geniş tənzimlənəcək. Sənəddə bildirilir ki, elektron pulun emissiyasını elektron pul təşkilatları, beynəlxalq və xarici bankların yerli filialları, poçt rabitəsi milli operatoru, xarici elektron pul təşkilatlarının yerli filialları həyata keçirəcək”, - deyə o qeyd edib.

MBNP rəsmisinin sözlərinə görə, elektron pulun valyutasının ilkin dövrdə manat olması nəzərdə tutulub: “Daha sonra digər valyutalara da baxıla bilər. Elektron pulun emissiyasında limit müəyyən olunacaq, maksimal hədd qoyulacaq. Əlavə pul kütləsinin yaradılmaması üçün hesabdakı məbləğ qədər emissiyaya icazə veriləcək”. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər