Qeyri-bankçılıq
531

“FİNKA Azərbaycan” ötən ili mənfəətlə başa vurub

“FİNKA Azərbaycan” ötən ili mənfəətlə başa vurub

“FİNKA Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili 6,552 milyon manat xalis mənfəətlə başa vurub.Halbuki, BOKT 2016-cı ildən 24,5 milyon manat xalis zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, ötən il “FİNKA Azərbaycan”ın gəlirləri 21,355 milyon manat, o cümlədən faiz gəlirləri 4,095 milyon manat, xərcləri 10,413 milyon manat, o cümlədən faiz xərcləri 2,917 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 895 min manat, mənfəət vergisi ödəmələri isə 3,495 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “FİNKA Azərbaycan”ın aktivləri 8,203 milyon manat olub ki, bu da illik müqayisədə 6 dəfə azdır. Bunun 3,32 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə BOKT-un kredit portfeli 9,4 dəfə kiçilib.

Hesabat dövründə “FİNKA Azərbaycan”ın öhdəlikləri 6,4 dəfə azalaraq 8,684 milyon manata, balans kapitalındakı çatışmazlıq isə 13,75 dəfə azalaraq 481 min manata düşüb.

Bölmədən olan bütün xəbərlər