Qeyri-bankçılıq
579

“FİNKA Azərbaycan” BOKT-un nizamnamə kapitalı 30%-ə yaxın artırılıb

“FİNKA Azərbaycan” BOKT-un nizamnamə kapitalı 30%-ə yaxın artırılıb

“FİNKA Azərbaycan” DKT bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı 850 min manat və yaxud 29,25% artırılıb.

“Renkinq” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, BOKT-un kapitalı 2 906 572 manatdan 3 756 572 manata çatdırılıb.

Xatırladaq ki, “FİNKA Azərbaycan” 2016-cı ilin yekununda 11,711 milyon manat məbləğində kapital çatışmazlığı ilə üzləşmişdi. BOKT-un 2017-ci ilin yekunundakı maliyyə göstəriciləri isə hələ açıqlanmayıb.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər