Qeyri-bankçılıq
627

"Caspian Invest" BOKT-un zərəri 19% artıb

“Caspian Invest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili 152 min manat zərərlə başa vurub.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 18,75% çoxdur.

Ötən il “Caspian Invest”in gəlirləri 56 min manat, o cümlədən faiz gəlirləri 51 min manat, xərcləri isə 209 min manat, o cümlədən faiz xərcləri 1 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Caspian Invest”in aktivləri 631 min manat olub ki, bu da illik müqayisədə 17,3% azdır. Bunun 462 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə BOKT-un kredit portfeli 1,5% kiçilib.

Hesabat dövründə “Caspian Invest”in öhdəlikləri 33,8% azalaraq 45 min manata, balans kapitalı isə 12,4% azalaraq 586 min manata düşüb.

Bölmədən olan bütün xəbərlər