Digər
204

"Əsrin müqaviləsi"nin imzalanmasından 29 il keçir

Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının birgə işlənməsinə dair "Əsrin müqaviləsi"nin imzalanmasından 29 il keçir. 

"Renkinq" xatırladır ki, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında dəyəri 7,4 milyard ABŞ dolları olan "hasilatın pay bölgüsü" tipli müqavilə imzalanıb. 

Müqavilədə Dövlət Neft Şirkəti (SOCAR) ilə yanaşı 7 xarici ölkənin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 12 neft şirkəti ("Amoco", BP, "McDermott", UNOCAL, "Lukoil", "Statoil", "Exxon", "Türk Petrolları", "Pennzoil", ITOCHU, "Ramco", "Delta") iştirak edib. 

"Əsrin müqaviləsi" çərçivəsində çıxarıla bilən neftin ilkin həcmi 511 milyon ton olub, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatıb və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə 11,5 milyard ABŞ dolları qəbul edilib. Xalis mənfəətdə Azərbaycanın payına 80%, sərmayəçilərin payına isə 20% düşür. 

Bölmədən olan bütün xəbərlər