Bankçılıq
107
“Günay Bank”ın daşınar əmlakları hərraca çıxarılır

Bakı / 20.09.2023 / Renkinq:
Oktyabrın 10-da "Əmlak Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Günay Bank” ASC-nin daşınar əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
"Renkinq" xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Söhbət müxtəlif ofis avadanlıqlarından (divanlar, kreslolar, masalar, oturacaqlar, dolablar, televizorlar, çılçıraq, pərdə və s.) gedir. Əmlaklara ümumilikdə 25 075 manat qiymət qoyulub.