Büdcə
220

Azərbaycan Mərkəzi Bankı: Bu il CƏB-də ÜDM-in təxminən 15%-i qədər qalıq proqnozlaşdırılır

Azərbaycan Mərkəzi Bankı: Bu il CƏB-də ÜDM-in təxminən 15%-i qədər qalıq proqnozlaşdırılır

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna baza ssenari üzrə cari əməliyyatlar balansında (CƏB) ümumi daxili məhsulun (ÜDM) təxminən 15%-i qədər qalıq proqnozlaşdırır.

"Renkinq" bu barədə AMB-yə istinadən xəbər verir.

“Xarici mühitin əlverişli olaraq qalması valyuta bazarında tarazlığın dəstəklənməsində xüsusi rol oynayıb. 2023-cü ilin yanvar-iyun aylarında tədiyyə balansının cari əməliyyatlar hesabının qalığı 5,2 milyard ABŞ dolları və yaxud ÜDM-in 14,5%-i qədər olub. Qalıqlı tədiyyə balansı və de-dollarlaşma proseslərinin davam etməsi şəraitində valyuta bazarında təklif tələbi kəskin üstələyir", - deyə AMB bəyan edib.

Bölmədən olan bütün xəbərlər