Büdcə
186
Azərbaycan Mərkəzi Bankı 8 ayda valyuta bazarından 122 milyon dollar alıb

Bakı / 20.09.2023 / Renkinq:
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi 122 milyon ABŞ dolları olmaqla alışyönlü olub.
"Renkinq" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, 8 ay ərzində AMB-də keçirilmiş valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib.
Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında AMB-nin Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 2 295,8 milyon ABŞ dolları məbləğində satış olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,3% azdır.
Təkcə ötən ay isə valyuta satışının məbləği 452 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,6% çoxdur.