Büdcə
203

AİB Azərbaycanda iqtisadi artıma dair proqnozlarını azaldıb

AİB Azərbaycanda iqtisadi artıma dair proqnozlarını azaldıb

Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 2,2% çox olacağını proqnozlaşdırır.

“Renkinq” xəbər verir ki, bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu, AİB-nin aprel proqnozu ilə müqayisədə 1,3 faiz bəndi azdır.

Bank gələn il isə Azərbaycanda 2,6% iqtisadi artım gözləyir ki, bu da əvvəlki proqnoza nisbətən 1,2 faiz bəndi azdır.

AİB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının isə bu il 4,6% (əvvəlki proqnoza nisbətən 0,2 faiz bəndi çox), gələn il isə 4,7% (0,1 faiz bəndi çox) böyüyəcəyini proqnozlaşdırır.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər