Büdcə
203

Azərbaycan Metrologiya İnstitutunun mənfəəti kəskin artıb

Azərbaycan Metrologiya İnstitutunun mənfəəti kəskin artıb

Azərbaycan Metrologiya İnstitutu (AMİ) 2022-ci ili 3 min manat xalis mənfəətlə başa vurub.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 76,6% çoxdur.

Ötən il AMİ-nin əsas əməliyyat (satışdan) gəlirləri 3,019 milyon manat (əvvəlki ilə nisbətən 3,5% çox), satışının maya dəyəri 1,455 milyon manat (2,1 dəfə az), digər gəlirləri 240 min manat (3,4% çox), inzibati xərcləri 1,8 milyon manat (16,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 2 min manat (4,3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə AMİ-nin aktivləri 5,228 milyon manat olub ki, bu da illik müqayisədə 1,3% azdır. Hesabat dövründə İnstitutun öhdəlikləri təxminən 2,7 dəfə azalaraq 43 min manata düşüb, balans kapitalı isə 0,1% artaraq 5,184 milyon manata çatıb.

Xatırladaq ki, AMİ ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən ləğv edilmiş Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 3,122 milyon manatdır.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər