Qeyri-bankçılıq
206
Azərbaycanda deputat kredit təşkilatındakı payını satıb

Bakı / 19.09.2023 / Renkinq:
"Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 35%-nə nəzarət edən Məşhur Məmmədov payını satıb.
"Renkinq" xəbər verir ki, onun payını BOKT-un əsas səhmdarı Elşad Abbasov alıb və payını 51%-dən 86%-ə çatdırıb.
Səhmlərin qalan 14%-i isə əvvəlki qaydada Tamara Polyakovaya məxsusdur.
M.Məmmədov Milli Məclisin VI çağırış deputatı, parlamentin İntizam Komissiyasının üzvüdür.
Mənbə: REPORT