Digər
53
“Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib

Bakı / 19.09.2023 / Renkinq:
Nazirlər Kabineti “İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib.
"Renkinq" xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Kristal Zalı” MMC sözügedən siyahıya əlavə edilib.
Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Burada ilk dəfə “Eurovision” mahnı yarışması keçirilib.