Bankçılıq
74
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Bakı / 19.09.2023 / Renkinq:
Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.
“Renkinq” bu barədə AMB-yə istinadən xəbər verir.
Xatırladaq ki, iyulun 26-də AMB-nin rəhbərliyi uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 7,5%, yuxarı həddi isə 10% saxlanılıb.