Sığorta
150

Milli Depozit Mərkəzi sığortaçı seçib

Milli Depozit Mərkəzi sığortaçı seçib

Milli Depozit Mərkəzi əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Renkinq" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Meqa Sığorta" ASC-dir.

Qalib şirkətə 24 240 manat ödəniləcək.

Könüllü tibbi sığorta xidməti çərçivəsində 3 nəfər premium paketlə (10 min manatlıq), 59 nəfər isə standart paketlə (5 min manatlıq) sığortalanacaq.

Bölmədən olan bütün xəbərlər