İnvestisiya
157
“MFX-Trading İnvestisiya Şirkəti” nizamnamə kapitalını 16% artırır

Bakı / 18.09.2023 / Renkinq:
“MFX-Trading İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalını 150 min manat və yaxud 15,6% artıraraq 960 min manatdan 1 110 min manata çatdırmağı planlaşdırır.
“Renkinq” xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan 75 ədəd yeni səhm buraxılacaq.
Qiymətli kağızları investisiya şirkətinin mövcud səhmdarları (Anar Nəbiyev, Cəmşid Novruzov və Zərifə Həsənova) alacaq.