Büdcə
98

“Fitch” Azərbaycanda illik inflyasiya ilə bağlı proqnozunu azaldıb

“Fitch” Azərbaycanda illik inflyasiya ilə bağlı proqnozunu azaldıb

"Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanda 2023-cü ildə inflyasiyanın 10,1%, 2024-cü ildə isə 6% olacağını proqnozlaşdırır.

“Renkinq” bu barədə agentliyə istinadən xəbər verir.

Xatırladaq ki, qurum martda bu il qiymət artımının 10,3%, gələn il isə 7,3% olacağını bəyan etmişdi.

İnflyasiya proqnozunun azaldılmasına səbəb Azərbaycan manatının Türkiyə və Rusiya kimi əsas ticarət tərəfdaşlarının milli valyutalarına nisbətən nominal effektiv bahalaşması və dünyada ərzağın ucuzlaşmasıdır.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər