Büdcə
92
“Fitch” Azərbaycanda illik inflyasiya ilə bağlı proqnozunu azaldıb

Bakı / 16.09.2023 / Renkinq:
"Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanda 2023-cü ildə inflyasiyanın 10,1%, 2024-cü ildə isə 6% olacağını proqnozlaşdırır.
“Renkinq” bu barədə agentliyə istinadən xəbər verir.
Xatırladaq ki, qurum martda bu il qiymət artımının 10,3%, gələn il isə 7,3% olacağını bəyan etmişdi.
İnflyasiya proqnozunun azaldılmasına səbəb Azərbaycan manatının Türkiyə və Rusiya kimi əsas ticarət tərəfdaşlarının milli valyutalarına nisbətən nominal effektiv bahalaşması və dünyada ərzağın ucuzlaşmasıdır.
Mənbə: REPORT