Büdcə
75
Azərbaycanın xarici ticarət dövriyyəsi 1% artıb

Bakı / 16.09.2023 / Renkinq:
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35,505 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“Renkinq” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,1% çoxdur.
8 aylıq xarici ticarət dövriyyəsinin 24,355 milyard dolları ixracın, 11,151 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,2% azalıb, idxal isə 25,75% artıb.
Son nəticədə xarici ticarətdə 13,204 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24% azdır.