Büdcə
112

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 10% artırılıb

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 10% artırılıb

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsinə dəyişiklik edib.

“Renkinq” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Fondun nizamnamə kapitalı 87,7 milyon manat və yaxud 9,8% artırılaraq 893 milyon manatdan 980,7 milyon manata çatdırılıb.

Kapital artımında məqsəd güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsidir. Artım 2023-cü ilin dövlət büdcəsindən Fonda ayrılmış vəsait hesabına təmin ediləcək.

Bölmədən olan bütün xəbərlər