Büdcə
117
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 374,4 milyon manat təşkil edib.
“Renkinq" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% çoxdur.
8 aylıq daxilolmaların 2 179,8 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 15,6% çoxdur.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 119,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,5% artaraq 87,9 milyon manata çatıb.
Hesabat dövründə icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 16,2% artaraq 609,7 milyon manat təşkil edib. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,2% artaraq 428,1 milyon manat olub.