Büdcə
112

Hesablama Palatası fəaliyyəti barədə hesabatlılığı təkmilləşdirir

Hesablama Palatası fəaliyyəti barədə hesabatlılığı təkmilləşdirir

Yaxın günlərdə Hesablama Palatası fəaliyyəti barədə hesabatlılıqda daha bir yenilik tətbiq edəcək.

“Renkinq” xəbər verir ki, bunu Bakıda keçirilən "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktik konfransda Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

"İlk dəfə fəaliyyətimiz barədə təqdim olunan məlumatlara keçirdiyimiz beynəlxalq tədbirlərin icrası barədə hesabatı əlavə edəcəyik. Məqsədimiz həm də Nazirlər Kabinetinin müvafiq normaları ilə bağlı icra vəziyyətini göstərməkdir", - deyə o, əlavə edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər