Sığorta
152
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Bakı / 15.09.2023 / Renkinq:
Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortalanması üçün açıq tender elan edib.
"Renkinq" xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.
İddiaçılar ilkin sənədləri oktyabrın 19-u, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 27-si, saat 18:00-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə oktybrın 30-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.