Sığorta
167

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortalanması üçün açıq tender elan edib.

"Renkinq" xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 19-u, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 27-si, saat 18:00-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə oktybrın 30-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Bölmədən olan bütün xəbərlər