Digər
87
Azərbaycanda maliyyəçilər ayda 2 400 manatdan az qazanmır

Bakı / 15.09.2023 / Renkinq:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda maliyyəçilərin orta aylıq əmək haqqı 2 411 manat təşkil edib.
“Renkinq” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,45% çoxdur.
Hesabat dövründə dövlət sektorunda işləyən maliyyəçilər ayda orta hesabla 2 749 manat, özəl sektorda işləyən maliyyəçilər isə 2 328 manat maaş alıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 22,3% və 10% çoxdur.