Bankçılıq
141
"Kapital Bank"ın sponsorluğu ilə “InMerge Innovation Summit” keçiriləcək

"Kapital Bank" ASC-nin sponsorluğu ilə innovasiya dünyasında dinamika yaradan “InMerge Innovation Summit” baş tutacaq.
Artıq 3-cü ildir ölkəmizdə keçirilən sammit dünyanın aparıcı texnologiya şirkətlərini, bu sahənin liderlərini, startapları və innovatorları bir araya gətirir. Layihənin məqsədi innovasiya texnologiyaları sahəsindəki yenilikləri bölüşmək, güclü əlaqələr yaratmaq və sahənin ölkəmizdəki inkişafına təkan verməkdir.
Sammitdə elektron ticarətin uğurlu şirkətlərindən biri “Trendyol Group”un prezidenti Çağlayan Çetin, məşhur TED spikeri Maykl Ringel, “Shazam”ın təsisçisi Kris Barton kimi bir çox beynəlxalq ekspertlər iştirak edəcəklər. “InMerge Innovation Summit”in qonaqlarından biri də “Apple” şirkətinin qurucularından olan məşhur kompüter mühəndisi Stiv Voznyak olacaq. O, innovasiyalar sahəsindəki son yeniliklərdən, şəxsi layihələrindən danışacaq.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "PAŞA Holdinq" MMC-nin Baş İcraçı direktoru Cəlal Qasımov, "Kapital Bank!ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov öz fikirlərini və təcrübələrini bölüşəcəklər.
Sammitdə elektron ticarət, sığorta texnologiyaları, süni intellekt, telekommunikasiya və bir çox mövzuda təqdimatlar ediləcək, müzakirələr və seminarlar baş tutacaq.
30 noyabr - 1 dekabr tarixlərində, "Bakı Konqres Mərkəzi" MMC-də baş tutacaq tədbir haqqında ətraflı məlumat almaq və bilet əldə etmək üçün inmerge.az veb-saytını ziyarət edə bilərsiniz.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/prcrc.