Bankçılıq
125
"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin Müşahidə Şurasının sədri dəyişib

Bakı / 14.09.2023 / Renkinq:
"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinin Müşahidə Şurasının (MŞ) sədri Fərid Məmmədov vəzifəsindən azad edilib.
“Renkinq” xəbər verir ki, Şuraya sədrlik Rövşən Allahverdiyevə həvalə olunub.
O, həm də "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin Direktorlar Şurasının, "Kapital Bank" ASC-nin MŞ-nın sədridir. Hər dörd maliyyə qurumu "PAŞA Holdinq" MMC-yə daxildir.