Büdcə
59
Azərbaycanda vergi daxilolmaları 23% artıb

Bakı / 14.09.2023 / Renkinq:
Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 12 080,4 milyon manat vergi daxil olub.
"Renkinq" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə 23,4% çoxdur.
8 aylıq vergi daxilolmalarının 6 865,6 milyon manatı və yaxud 56,8%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 20,5% çoxdur.