Bankçılıq
118

"Bank VTB Azərbaycan" "Uşaqlara məktəbə hazırlaşmağa kömək et" xeyriyyə layihəsini dəstəkləyib

"Bank VTB Azərbaycan" ASC Rusiya informasiya-mədəniyyət mərkəzi ilə birgə ölkənin aztəminatlı ailələrindən olan 350 I sinif şagirdinə yeni dərs ilinə hazırlaşmağa kömək edib.

“Uşaqlara məktəbə hazırlaşmağa kömək et” layihəsi çərçivəsində azyaşlı şagirdlərə tam dəstlə təchiz olunmuş çantalar təqdim olunub.

"Bank VTB Azərbaycan"ın dəstəyi ilə keçirilən tədbir sentyabrın 1-dən 13-nə qədər Niç və İvanovka kəndlərində, Şüvəlan kəndində, həmçinin Göranboy, Gəncə və Bakı şəhərlərində baş tutub. Layihənin əsas məqsədi bu il I sinfə qədəm qoyan aztəminatlı ailələrinin uşaqlarına kömək etməkdir.

“Bizim kollektivimiz üçün hər il aztəminatlı ailələrin uşaqlarına məktəb həyatına hazırlaşmağa kömək etmək yaxşı bir ənənəyə çevrilib. Bunun üçün onların rahat çantası, dəftərləri, dərslikləri və digər məktəb ləvazimatları olmalıdır. Təəssüf ki, aztəminatlı ailələrin övladlarını məktəbə hazırlamaq həmişə münasib olmur, lakin biz Azərbaycan ailələrinin adət-ənənələrini, övladlarını necə sevib böyütdüklərini yaxşı bilirik. Buna görə də biz bu layihədə gənc məktəblilərə yeni tədris ilini tam rahatlıqla qarşılamaq üçün böyük məmnuniyyətlə iştirak edirik”, - deyə "Bank VTB Azərbaycan"ın İdarə Heyətinin üzvü, pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin bildirib.

"Bank VTB Azərbaycan" ölkədə keçirilən idman, mədəni və sosial əhəmiyyətli tədbirlərin daimi iştirakçısıdır. Bank məktəb şagirdlərini və aztəminatlı ailələrdən olan uşaqlar üçün yay düşərgələri vasitəsilə maliyyə savadlılığının artırılması üçün təhsil təlimləri də keçirir.

 

Bölmədən olan bütün xəbərlər