Sığorta
96
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin yığımları 2 dəfədən çox artıb

Bakı / 14.09.2023 / Renkinq:
Bu ilin yanvar-iyul aylarında “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 13,6 milyon manat sığorta haqqı toplayıb.
Bu barədə “Renkinq”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Son 1 ildə şirkətin sığorta ödənişi isə 6,5 dəfə artaraq 1,3 milyon manat olub.