Bankçılıq
68
Azərbaycan banklarının ev təsərrüfatlarına kredit qoyuluşu 26% artıb

Bakı / 14.09.2023 / Renkinq:
Bu il avqustun 1-nə Azərbaycan banklarının ev təsərrüfatlarına kredit qoyuluşu 12 326,4 milyon manat təşkil edib.
Bu barədə "Renkinq"ə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən il avqustun 1-i ilə müqayisədə 25,9% çoxdur.